image-n1karobka_ads
image-123
image-photo_278867backend

“Avroviziya 2025” mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub – FOTO

“Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub.

AZƏRTAC xəbər verir ki, bu il keçiriləcək müsabiqənin şərhçiləri musiqi prodüseri, musiqiçi və pedaqoq Elnarə Xəlilova, həmçinin televiziya və radio aparıcısı Ağa Nadirov olacaq.

Bu il ölkəmizi İsveçrənin Bazel şəhərində “Mamagama” qrupu təmsil edəcək. Bazeldə keçiriləcək 69-cu “Avroviziya” mahnı müsabiqəsi mayın 13-dən 17-nə qədər davam edəcək. “Mamagama” mayın 13-də birinci yarımfinal mərhələsinin ikinci hissəsində 10 nömrə altında çıxış edəcək. Müsabiqə İctimai Televiziyada birbaşa yayımlanacaq.

DOĞRU.AZ

image-17464279031671426678_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki