Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən avstraliyalı muzdlu əsgər Rassel Allan Vilson KXDR-də öldürülüb.
Doğru.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Telekanalın məlumatına görə, Vilson bir neçə ildir ki, hərbi əməliyyatlarda iştirak edirdi. Onun dostu bildirib ki, əsgər 12 dekabrda həyatını itirib və növbəti həftə evlənməli idi.
ABC News-in mənbəsi əlavə edib ki, bu, Vilsonun işdən çıxarılmadan əvvəlki son missiyası olub.
DOĞRU.AZ




























