image-n1karobka_ads
image-123
image-68860411ae5ac95a4d466637backend

Avstriya NATO üzvlüyü məsələsini müzakirəyə açdı

image-ad_qayo_720x110px

Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger ölkəsinin NATO-ya daxil olması ilə bağlı müzakirələrə açıq olduğunu bildirib. O, bu barədə Almaniyanın “Welt” qəzetinə verdiyi müsahibədə danışıb.

Doğru.az xəbər verir ki, Meinl-Reisinger Rusiya ilə bağlı yaranmış təhlükəsizlik risklərinin fonunda yalnız neytrallığın Avstriyanı qoruya bilməyəcəyini deyib. “Avstriya artıq öz müdafiəsini yalnız neytrallıqla deyil, həm də real sərmayələrlə təmin edir,” – o vurğulayıb.

Nazirin sözlərinə görə, hazırda nə Avstriya parlamentində, nə də əhali arasında NATO-ya üzvlüyə dəstək çox deyil. Lakin o, bu məsələnin açıq şəkildə və cəmiyyətlə birgə müzakirə olunmasının tərəfdarıdır.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Corc Bibe Ukraynanın NATO-ya daxil olmayacağına dair zəmanət verilməsini təklif etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki