image-ads_n1karobka_mobile
image-17232031671223328616_1200x630backend

AYNA “BakıKart” tətbiqində yaranmış nasazlıqla bağlı açıqlama yayıb

“BakıKart” tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə ilə bağlı çətinliklə qarşılaşırlar.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Doğru.az-a bildirilib ki, hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır.

“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”, – AYNA-nın açıqlamasında bildirilir.

Qeyd edək ki, “BakıKart”da yaranmış texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə edə bilmirlər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki