image-n1karobka_ads
image-123
image-pq9vgptzllc1q2dmarlwvqm4wb1juxz8nemh4ipz_640backend

AYNA Bakının daha bir küçəsində xüsusi hərəkət zolaqları təşkil edir

image-ad_qayo_720x110px

Bakının Füzuli küçəsində (Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməyədək) xüsusi hərəkət zolaqlarının təşkilinə başlanılıb.

Oxu.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının davamlılığının təmin edilməsi ilə bağlı digər yollarda da bu işlər davam etdiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki