Müğənni Azad Şabanov yaradıcılığında yeni bir səhifə açıb.
Doğru.az xəbər verir ki, sənətçi əfsanəvi “Sevgilim, süz” (“Badə nəbadə”) hitinə yeni nəfəs verib. Sözügedən əsər Xalq artisti Aygün Kazımovanın “Best of Aygun – All star” albomunda yer alıb. Azad Şabanov mahnını fərqli tərzdə və modern aranjımanda ifa edib. Rok janrında səslənən mahnı qısa zamanda musiqisevərlərin rəğbətini qazanıb.
Qeyd edək ki, əsərin musiqisi Əməkdar incəsənət xadimi Vaqif Gərayzadəyə, sözləri isə Teymur Məmmədova məxsusdur. Yeni aranjımanı Emin Əliyev, vokal prodüserliyini isə İsmayıl Əsədov həyata keçirib. Gitarada Şamil Məmmədov, bas gitarada isə Genadiy Yuqai ifa edib.
Onu da vurğulayaq ki, Azad Şabanov “Sevgilim, süz” mahnısını ilk dəfə Heydər Əliyev Sarayında keçirilən solo konsertində səsləndirib. Bu, müğənninin pop divanın repertuarına sayca ikinci müraciətidir.
Videonu izləyin: