Müğənni Azad Şabanov Qələbə bayramı münasibətilə keçirilən konsertdə fərqli addımı ilə diqqət çəkib. O, tədbirə mopeddə gələrək izləyicilərin marağına səbəb olub.
Doğru.az xəbər verir ki, sənətçi çıxış öncəsi paylaşımında bildirib:
“Qələbə bayramında çıxış etmək üçün hər bir riski gözə almağa hazıram — bu, mənim üçün ehtiram və şərəfdir. Səhnəyə olan sevgim heç bir sərhəd tanımır.”
Azad Şabanovun bu davranışı sosial şəbəkələrdə də müsbət qarşılanıb və çoxsaylı izləyicilər tərəfindən “səmimi və vətənpərvər addım” kimi dəyərləndirilib.
DOĞRU.AZ




























