Gənc müğənni Azad Şabanov yeni işini təqdim edib.
Doğru.az xəbər verir ki, istedadlı sənətçinin “Qızım” adlı mahnısı işıq üzü görüb. Əsərin musiqisi və sözləri İsmayıl Əsədova məxsusdur və illər öncə Sofiya adlı balaca bir qız uşağına həsr olunub.
Müğənni mahnını may ayında Heydər Əliyev Sarayında baş tutan “Bir Əsər” musiqili etiraf konsertində ilk dəfə ifa edib. Səhnədə Azad “Oyuq” Uşaq Teatrının istedadlı aktyorları və Əməkdar artist Həcər Ağayeva ilə birlikdə mahnını yaradıcı şəkildə səhnələşdirib. Konsert zamanı o, qadın və uşaq zorakılığı, sellektiv abortlar kimi sosial mövzulara toxunaraq tamaşaçılara mesaj verib.
Qeyd edək ki, “Qızım” mahnısı artıq müğənninin şəxsi “YouTube” kanalında və bütün musiqi platformalarında dinlənilə bilər.
DOĞRU.AZ





























