image-2000x150px
image-123
image-ads_atlas
image-whatsapp-image-2021-12-16-at-12-39-03backend

Azər Əliyevə federasiyada vəzifə verildi

image-728x90px

Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Azərbaycan Pauerliftinq Federasiyasının I vitse-prezidenti seçilib.

Oxu.Az-ın xəbərinə görə, Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin iştirakı ilə İdarə Heyəti iclas keçirib.

İclasa əsasən, Azər Əliyev I vitse-prezident, Vüqar Namazov, Mahir Musayev və Raif Süleymanov vitse-prezident seçiliblər.

Hafiz Verdiyevin baş katib, Azər Mustafayevin baş məşqçi olması təsdiqlənib. Hakimlər Kollegiyasının sədri isə Seymur Əsgərov təyin olunub.

Qeyd edək ki, üç gün əvvəl federasiyanın vitse-prezidenti Rüfət Ağayev və baş katib Hafiz Verdiyev istefa verdiklərini açıqlamışdılar. Lakin bunlardan Verdiyev yenidən əvvəlki vəzifəsinə qayıdıb.

Onu da bildirək ki, Azər Əliyev daha əvvəl Azərbaycan Ağır Atletika Federasiyasında vitse-prezident işləyib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki