image-n1karobka_ads
image-123
image-davabackend

Azərbaycan çempionatında futbolçular bir-birini yumruqladılar

image-ad_qayo_720x110px

Azərbaycan çempionatında bir-birinə yumruq vuran futbolçular cəzalandırılıblar.

“Report” xəbər verir ki, bu, AFFA Region Liqası matçına təsadüf edib.

Belə ki, “Balakən” – “Goranboy Qala” görüşünün 57-ci dəqiqəsində birincilərin oyunçusu Ariz Teymurlu ilə ikincilərin üzvü Xəyal Qasımov əlbəyaxa olduqları üçün AFFA İntizam Komitəsi tərəfindən dördoyunluq diskvalifikasiyaya məruz qalıblar.

Bundan başqa, AFFA U-13 Liqasının EFA ilə görüşündə hakimi təhqir edən “Xəzər Bakı” komandasının baş məşqçisi Cəlal Həsənli üçoyunluq cəza ilə üzləşib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki