image-ads_n1karobka_mobile
image-7e17aa3f426201767bae603b2fa4f492backend

Azərbaycan elminə ağır itki: Professor vəfat etdi

Azərbaycan elminə ağır itki üz verib.

“KONKRET.az“ın xəbərinə görə, biologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafiq Qasımov vəfat edib.

Görkəmli alim ömrünün 95-ci ilində dünyasını dəyişib.

Qeyd edək ki, Rafiq Yunisəli oğlu Qasımov 1931-ci il iyunun 26-da Azərbaycanın qədim İrəvan şəhərində anadan olub.

O, Bakı Dövlət Universitetini bitirib.

R.Qasımov elmi fəaliyyətə 1958-ci ildə SSRİ Elmlər Akademiyasının İ. P. Pavlov adına Fiziologiya İnstitutunda kiçik elmi işçi kimi başlayıb.

1958-ci ildə “Nərəkimilərin bəzi növlərində şərti və şərtsiz reflekslər” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 1970-ci ildə “Erkən ontogenezdə nərə balıqları davranışının müqayisəli öyrənilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1974-cü ildə professor elmi rütbəsini alan R.Qasımov 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.

O, 1965-1974-cü illərdə Kür Eksperimental Nərə Balıqartırma zavodunda və Mərkəzi Elmi Tədqiqat Nərə Balıqçılıq Təsərrüfatı İnstitutunun Azərbaycan bölməsində laboratoriya müdiri kimi fəaliyyət göstərib. Eyni zamanda AMEA-nın А.Qarayev adına Fiziologiya İnstitutunda laboratoriya müdiri və 1974-cü ildən həmin institutda baş elmi işçi olub.

Allah rəhmət eləsin!

DOĞRU.AZ

image-resize-2026-04-27t091516-072-750x403


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki