image-2000x150px
image-123
image-ads_atlas
Azərbaycan güləşçiləri Kiyevdən 6 medalla qayıdırbackend

Azərbaycan güləşçiləri Kiyevdən 6 medalla qayıdır

image-728x90px

Azərbaycan güləşçiləri Kiyevdə Ukraynanın tanınmış məşqçi və güləşçilərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 6 medal qazanıb.

Doğru.az xəbər verir ki, sərbəst güləş yığması Bakıya 2 qızıl, 1 gümüş və 2 bürünc, qadınlardan ibarət milli komanda isə 1 bürünc medalla qayıdır.

Sonuncu yarış günündə sərbəst güləşçilərdən Əhmədnəbi Qvarzatilov (61 kq) yerli pəhləvan Andrey Celepi 7:2 hesabı ilə yenərək, qızıl medala sahib olub. Əvəzində həlledici qarşılaşmada özbəkistanlı İlyas Bekbulatova 0:5 hesabı ilə uduzan Cəbrayıl Hacıyev (70 kq) gümüş medalla kifayətlənib. Bürünc medalı isə 3-cü yer uğrunda görüşdə moldovalı Samhan Cəbrayılovu 8:4 hesabı ilə məğlub edən Vahid Qalayev qazanıb.

Qeyd edək ki, ötən gün 65 kq çəki dərəcəsində iki sərbəst güləşçidən Əli Rəhimzadə qızıl, Turan Bayramov bürünc medala yiyələnib. Qadın güləşində yeganə bürünc medala isə Türkan Nəsirova (50 kq) sahib olub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki