image-n1karobka_ads
image-123
image-17543706821677422798_1200x630backend

Azərbaycan hərbçiləri “Agile Spirit 2025” təlimlərini izləyir

image-ad_qayo_720x110px

Gürcüstanda keçirilən çoxmillətli “Agile Spirit 2025” hərbi təlimi davam edir.

Doğru.az xəbər verir ki, təlimlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri müşahidəçi qismində iştirak edirlər.

Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, beynəlxalq təlimə Gürcüstanın Qərb Müdafiə Qüvvələrinin komandanı briqada generalı Koba Qriqoliya və ABŞ-ın Corciya ştatının Milli Qvardiyasının nümayəndəsi polkovnik Uilyam Koks birgə rəhbərlik edirlər.

Qeyd edək ki, “Agile Spirit 2025” təlimləri Gürcüstan və Türkiyə ərazilərində keçirilir. Bu, region ölkələri arasında hərbi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki