Doğru.az xəbər verir ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti “Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında 8-ci Qərargah danışıqları” toplantısında iştirak etmək məqsədilə Ankara şəhərinə yollanıb.
Müdafiə Nazirliyi açıqlama verərək bildirib ki, baş tutan görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Səfər zamanı nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib, məzarı önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib.




























