image-2000x150px
image-123
image-ads_atlas
image-mixbackend

Azərbaycan idmançısı Avropada ilin ən yaxşısı seçildi

image-728x90px

Azərbaycan tamblinqçisi Mixail Malkin Avropada “ilin gimnastı” adına layiq görülüb.

Avropa Gimnastikasının rəsmi saytı xəbər verir ki, idmançı 226 339 səslə bütün rəqiblərini qabaqlayıb.

O, səslərin 52 faizini toplayıb.

İlin məşqçisi isə digər həmyerlimiz Adil Hüseynzadə (tamblinq) seçilib. O 196 735 səslə (46 faiz) birinci olub.

Qeyd edək ki, Mixail Malkin ötən il Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb. Malkinin yer aldığı yığmamız da komanda hesabında birinci olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki