image-ads_n1karobka_mobile
image-img_20211212_103949_060backend

Azərbaycan kuboku: 1/4 final cütləri bəllidir

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

Doğru.az“-ın məlumatına görə, 1/8 final mərhələsinin bu gün keçirilən iki oyunundan sonra “Qarabağ” və “Neftçi”nin növbəti raunddakı rəqibi bəlli olub.

Hər iki görüşdə Premyer Liqa təmsilçiləri qələbə qazanıb.

“Keşlə” “Qaradağ Lökbatan”ı 2:1, “Sabah” isə “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.

Azərbaycan kuboku 1/4 final

(1/2-12/13 fevral)

“Qarabağ” – “Keşlə” “Neftçi” – “Sabah” “Zirə” – “Səbail” “Sumqayıt” – “Qəbələ”

Qeyd edək ki, 1/8 finalın ilk oyun günündə “Səbail” səfərdə “Zaqatala”nı 3:1, “Qəbələ” isə MOİK-i 2:1 hesabı ilə məğlub edib. 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 12-13 fevralda gerçəkləşəcək. Adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki