image-2000x150px
image-123
image-ads_atlas
Azərbaycan kuboku: Final oyununun vaxtı dəyişdirildibackend

Azərbaycan kuboku: Final oyununun vaxtı dəyişdirildi

image-728x90px

Azərbaycan Premyer Liqasında son iki turun və ölkə kubokunun final oyununun vaxtı dəyişdirilib.

Doğru.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AFFA Azərbaycan milli komandasının Türkiyə milli komandası ilə 27 may 2021-ci il tarixdə nəzərdə tutulmuş yoxlama oyunu ilə əlaqədar olaraq Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək Premyer Liqanın və Azərbaycan Kubokunun təqvimində müvafiq dəyişiklik etməyi xahiş edib.

Azərbaycan milli komandasının mənafeyini, bu yoldaşlıq görüşünün iki ölkə arasındakı dostluq və qardaşlıq baxımından vacib olduğunu nəzərə alaraq PFL Premyer Liqada XXVII turu 15 maydan 14 maya, XXVIII turu 22 maydan 19 maya, Azərbaycan Kubokunun final oyununu isə 28 maydan 24 maya keçirməyi qərara alıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki