image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210330_093320_431backend

“Azərbaycan millisi üçün məğlubiyyətin günahını yumaq çox vacibdir”, – Stamenkoviç

image-728x90px
 

Doğru.az xəbər verir ki, bu sözləri “Sabah” klubunun qapıçısı Saşa Stamenkoviç Serbiya millisinin Azərbaycana qarşı keçirəcəyi DÇ-2022-nin seçmə oyunundan əvvəl deyib.

 

“Bir çox yığmalarda ilk 15-20 dəqiqə ərzində problem olur. Bu, oyunun vacib periodu sayılır. Millinin heyətində mənim çıxış etdiyim klubdan 6 oyunçu var. Həm onlar, həm də digərləri üçün Serbiyaya qarşı yaxşı oynamaq və bununla da ilk iki oyundakı məğlubiyyətin günahını yumaq çox vacibdir”.

 

Stamenkoviç Serbiyanın ilk iki turda yaxşı nəticəyə nail olduğunu sözlərinə əlavə edib:

 

“Bundan əlavə baş məşqçi Dragan Stojkoviç seçimlərini nəzərə alsaq, komanda oyunları yüksək səviyyədə keçirib. Yığmanın komanda oyunu sərgiləməsini çox bəyənirəm. Uzun müddətdən sonra heyətdə təkcə 11 futbolçu yox, ehtiyatda heç də az əhəmiyyət daşımayan oyunçular yer alıb. Bütün oyunçular özlərini komandaya tabe ediblər və nəticəyə görə onlardan hansınısa fərqləndirmək ədalətsiz olar”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki