image-2000x150px
image-123
image-ads_atlas
image-1707737299733041802_1200x630backend

Azərbaycan millisinin sabiq futbolçusunun son durumu açıqlandı

image-728x90px

Xəstəxanaya yerləşdirilən Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin son durumu bəlli olub.

Bu barədə “Report”a AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Onun sözlərinə görə, insult keçirən Vasilyev milli assosiasiyanın prezidenti Rövnəq Abdullayevin tapşırığı ilə özəl klinikaya yerləşdirilib:

“Onun bütün müalicə xərcləri AFFA tərəfindən ödənilir. Millimizin sabiq üzvünün müalicə prosesini daim diqqət mərkəzində saxlayırıq. Vadim Vasilyevin vəziyyəti stabil orta qiymətləndirilir. Ən əsası odur ki, həyatı təhlükəsi yoxdur. Hələlik veteran futbolçu reanimasiyadadır. Bu da onunla əlaqədardır ki, Vasilyevin təzyiqi stabil deyil. Həkimlər bildiriblər ki, təzyiq stabilləşən kimi palataya köçürüləcək.

Həkimlərin dediyinə görə, insultdan sonrakı vəziyyəti normal sayıla bilər. Sol qolunda və ayağında hərəkətin, hissiyyatın pozulması var. Amma ümumilikdə müalicədə müsbət dinamika müşahidə olunur”.

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki