image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210811_130908_152backend

Azərbaycan paralimpiyaçıları Tokioya yola düşdü!

image-728x90px

Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək üzgüçülük idman növü üzrə Azərbaycan millisi və nümayəndə heyətinin bir neçə üzvü Yaponinayın Şika şəhərinə yola düşüblər.

Milli Paralimpiya Komitəsindən Doğru.az-a verilən məlumata görə, beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək yığma daha sonra paytaxt Tokioda yerləşən Paralimpiya kəndinə yola düşəcək.

Tokio 2020-də üzgüçülük idman növündə Azərbaycanı Raman Saleh, Vəli İsrafilov və Dana Şandıbına təmsil edəcək. Onlardan ilk olaraq, Saleh yarışlara qatılacaq. O, avqustun 27-də mübarizəyə start verəcək.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-ə 36 lisenziya qazanıb. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Paralimpiada 24 avqust – 5 sentyabrda keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki