image-2000x150px
image-123
image-ads_atlas
image-87a723a3-3dc0-35cb-971f-1bcf3b30f4a8_850backend

Azərbaycan Premyer Liqası: “Kəpəz” “Səbail”i, “Zirə” “Neftçi”ni qəbul edəcək

image-728x90px

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha 2 oyunu keçiriləcək.

Günün ilk matçı Gəncədə yerli “Kəpəz”lə “Səbail” arasında baş tutacaq. Hazırda “sarı-göylər” 5 xalla 8-ci, “dənizçilər” isə 10 xalla 7-cidir.

İki komanda indiyədək ölkə çempionatında 5 dəfə qarşılaşıb. Bunların birində bölgə, 3-də paytaxt təmsilçisi qələbə qazanıb. Bir görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Mahmud Qurbanovun baş məşqçi olduğu komandanın üstünlüyü var – 10:6.

“Səbail” bütün oyunlarda qol vurub. “Kəpəz”in meydanındakı matçlarda hər iki komanda fərqlənib.

Digər matçda isə 19 xalla 4-cü sırada olan “Zirə” 22 xalla özündən bir pillə yüksəkdə qərarlaşan “Neftçi”ni qəbul edəcək.

Bu, komandaların Premyer Liqadakı 28-ci dueli olacaq. Əvvəlki görüşlərin 12-si “qartallar”ın, 8-i “ağ-qaralar”ın xeyrinə başa çatıb. 7 qarşılaşmada qalib müəyyənləşməyib. Top fərqində isə Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektiv bir addım öndədir – 29:28.

“Zirə” son 5 oyunda qol vurub. “Neftçi” son 6 səfərdən yalnız birində fərqlənə bilib.

Azərbaycan Premyer Liqası

XII tur

29 oktyabr (şənbə)

15:00. “Kəpəz” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
Gəncə şəhər stadionu.

17:30. “Zirə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, açılış oyununda “Turan Tovuz” evdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib. Tura oktyabrın 30-da keçiriləcək “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki