image-2000x150px
image-924e3c39-1f85-3073-9615-e451b92555ad_850backend

Azərbaycan Premyer Liqası: Qərb derbisinin vaxtı açıqlanıb

image-728x90px

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli məlum olub.

Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qarşılaşmalar üç günü əhatə edəcək. Sentyabrın 9-da bütün diqqətlər “Turan Tovuz” və “Kəpəz” arasında keçiriləcək Qərb derbisinə yönələcək. Görüş saat 16:30-da başlanacaq.

Ertəsi gün “Qəbələ” – “Neftçi”, sentyabrın 11-də isə “Qarabağ” – “Sabah” qarşılaşmaları daha böyük maraqla izləniləcək.

9 sentyabr (cümə)

16:30. “Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu

10 sentyabr (şənbə)

18:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu

20:30. “Səbail” – “Zirə”
“ASCO Arena”

11 sentyabr (bazar)

18:00. “Sumqayıt” – “Şamaxı”
“Kapital Bank Arena”

20:30. “Qarabağ” – “Sabah”
“Azersun Arena”

Qeyd edək ki, V tur 1 – 4 sentyabrda keçiriləcək

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki