image-2000x150px
image-123
image-ads_atlas
image-b88233f1-8a2d-3ba0-b46e-607b246564a0_850backend

Azərbaycan Premyer Liqası: “Sumqayıt” “Şamaxı” ilə, “Qarabağ” “Sabah”la görüşəcək

image-728x90px

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son görüşləri keçiriləcək.

Günün ilk matçında “Sumqayıt” və “Şamaxı” komandaları “Kapital Bank Arena”da üz-üzə gələcəklər. Saat 18:00-da başlanacaq oyunu baş hakim Fərid Hacıyev idarə edəcək.

İlk 5 turdan sonra qələbə qazana bilməyən komandalardan “Sumqayıt” 2 xalla 8-ci, “Şamaxı” 1 xalla 9-cu sırada yer alıb.

İki klub bu gün 40-cı dəfə qarşılaşacaq. Əvvəlki matçların 11-də “Sumqayıt”, 17-də “Şamaxı” qalib gəlibsə, daha 11 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də “Şamaxı” öndədir – 55:41.

“Sumqayıt” “Şamaxı” ilə son 7 oyunda meydanı qolsuz tərk etməyib. Son 4 matçda 2 və ya daha çox qol qeydə alınıb.

Turun son matçı isə “Azersun Arena”da “Qarabağ” və “Sabah” komandaları arasında olacaq. Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə edəcəyi qarşılaşma saat 20:30-da başlanacaq.

Hazırda “Sabah” 5 oyundan 13 xalla 2-ci, “Qarabağ” isə 4 görüşdən 12 xalla 3-cü pillədə qərarlaşıb. İndiyədək bu komandalar 15 dəfə üz-üzə gəliblər. Bunların 11-də “Qarabağ” qələbə qazanıbsa, 4 görüş heç-heçə ilə tamamlanıb. Topların nisbətində də Ağdam təmsilçisi xeyli öndədir – 29:6.

“Qarabağ” son 8 qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Sabah” isə indiyədək rəqibinə qalib gəlməyib.

Azərbaycan Premyer Liqası, VI tur

11 sentyabr (bazar)

18:00. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Cavanşir Yusifov, Emin Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
“Kapital Bank Arena”

20:30. “Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: Vüsal Əliyev
“Azersun Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i 2:0, “Neftçi” səfərdə “Qəbələ”ni, “Zirə” isə “Səbail”i 2:1 hesabı ilə yenib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki