image-2000x150px
image-123
image-ads_atlas
image-premyer_liqabackend

Azərbaycan Premyer Liqasında VIII tura start verilir

image-728x90px

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.

Ilk oyun günündə bir qarşılaşma keçiriləcək. “Qəbələ” Bakıda “Səbail”in qonağı olacaq. “ASCO Arena”dakı görüş saat 19:00-da başlayacaq.

Hazırda əyalət təmsilçisi 12 xalla 4-cü, paytaxt klubu isə 5 xalla 7-ci pillədə qərarlaşıb. İki komanda indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəlib. Bunların 5-də “dənizçilər”, 9-da “qırmızı-qaralar” qələbə qazanıb. 5 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbəti də Elmar Baxşıyevin baş məşqçi olduğu kollektivin xeyrinədir – 33:19.

Son 5 oyunda qol vuran komanda qalib gəlib. Ötən mövsümün 4 matçının hər birində ən azı iki qol qeydə alınıb.

Azərbaycan Premyer Liqası

VIII tur

30 sentyabr (cümə)

19:00. “Səbail” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov
VAR: Rəşad Əhmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
“ASCO Arena”.

Qeyd edək ki, turun “Turan Tovuz” – “Zirə”, “Qarabağ” – “Neftçi” oyunları oktyabrın 1-də, “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” matçları isə bir gün sonra keçiriləcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki