image-n1karobka_ads
image-123
image-17214851462600341247_1200x630backend

Azərbaycan Prezidenti: Bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub

image-ad_qayo_720x110px

Azərbaycan-ABŞ əlaqələri haqqında danışdıqda bizim əlbəttə ki, Respublikaçılar hakimiyyəti ilə əlaqələrimiz nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

“Eyni zamanda, Prezident Trampın dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Onlar qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub. Qeyd edib ki, müəyyən enişli-yoxuşlu dövrlər olub, o da bizim günahımız deyildi. Çünki onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışırdılar, onlar siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki