image-n1karobka_ads
image-123
image-686380b902e8bd20f602f2ccbackend

Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyində olub

Azərbaycanın Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinin binasına gəlib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, diplomat Bakıda rusiyalı jurnalistlərin saxlanılması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub.

Qeyd edək ki, iyunun 30-da Azərbaycan Daxili İşlər Nazirliyi “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat tədbirləri həyata keçirdiyini açıqlayıb. Nəticədə redaksiya heyətinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov saxlanılıblar. Məlumata görə, İqor Kartavıx şəkərli diabetdən əziyyət çəkir və mütəmadi olaraq insulin qəbul edir.

Həmin gün həmçinin Ruptly video agentliyinin əməkdaşının da saxlanıldığı bildirilir. O, “Sputnik Azərbaycan”ın ofisində aparılan axtarışları və baş verən hadisələri lentə alıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki