image-ads_n1karobka_mobile
image-1642666351_polisbackend

Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı

image-add-a-heading

Bu gün saat 12:00-da Azərbaycanda bir dəqiqəlik sükut elan olunub.

“Doğru.Az”-ın məlumatına görə, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsi anılıb.

Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Paytaxt ictimaiyyəti, şəhər sakinləri səhər saatlarından başlayaraq, Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki