image-n1karobka_ads
image-123
image-img_20220211_131552_331backend

Azərbaycan UEFA-nın Fair Play reytinqində ikinci pilləyə yüksəlib

Azərbaycan UEFA-nın Fair Play əmsalı üzrə qiymətləndirməsində ikinci yerə yüksəlib.

Doğru.Az xəbər verir ki, Avropa futbol qurumu 2020/2021 mövsümü ərzində AFFA-nı bu sahədə ən çox irəliləyişə nail olmuş milli assosiasiyalardan biri kimi dəyərləndirib.

2019/2020 mövsümü ilə müqayisədə 0,217 xal irəliləyən Azərbaycan ümumi xalını 8,058-ə çatdırıb. İlk pillədə 8,128 xalla Sloveniya qərarlaşıb. Bu ölkə mövsüm ərzində 0,282 xal qazanıb. Qeyd edək ki, azarkeş davranışı məsələsi ilə əlaqədar qiymətləndirmə pandemiyaya görə aparılmayıb. Vərəqələr üzrə qiymətləndirmədə isə Azərbaycan hələlik nisbətən aşağı mövqedədir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki