image-n1karobka_ads
image-123
image-17513708515670847310_1200x630backend

Azərbaycan və Özbəkistan parlamentləri əməkdaşlıq sənədləri imzalayıb

Doğru.az xəbər verir ki, Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisi Senatı arasında 2025-2026-cı illər üçün “Parlamentlərarası əməkdaşlığın inkişafına dair praktiki tədbirlər planı” imzalanıb.

Sənəd Özbəkistanın Xivə şəhərində keçirilən Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu zamanı imzalanıb. Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova və Özbəkistan Senatının sədri Tənzilə Narbayeva iştirak edib.

Bu sənəd iki ölkənin qanunverici orqanları arasındakı əməkdaşlığı daha da gücləndirməyə yönəlib.

Eyni zamanda, Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisi arasında Parlamentlərarası əməkdaşlıq komissiyasının Reqlamenti də təsdiqlənib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki