image-n1karobka_ads
image-123
image-17517083863228717587_1200x630backend

Azərbaycan və Pakistan arasında Anlaşma Memorandumu imzalanıb

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə bu ölkəyə investisiya qoyuluşunu nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan İqtisadiyyat Nazirliyi yayıb.

Bildirilib ki, sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar imzalayıblar.

Sənəd iki ölkə liderlərinin qarşılıqlı iqtisadi münasibətlərin və sərmayə tərəfdaşlığının daha da gücləndirilməsi barədə tapşırığının icrasına təkan verəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki