image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210412_082644_740backend

Azərbaycan veteran futbolçusu Füzuli Cavadov dünyasını dəyişib

image-728x90px

Azərbaycan veteran futbolçusu Füzuli Cavadov dünyasını dəyişib.

Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevin məlumatına görə F.Cavadov 71 yaşında koronavirusdan vəfat edib.

Dəfn mərasimi bu gün saat 11:00-da mərhumun Bakının Mərdəkan qəsəbəsindəki bağ evində olacaq. O, Binə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Füzuli Cavadov futbolçu karyerasının böyük hissəsini “Neftçi”də keçirib. O, 1972 – 1978-ci illərdə “ağ-qara” formanı geyinib. F.Cavadov Naxçıvanın “Araz”, həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın “Dauqava” komandalarında da çıxış edib. Mərhum futbolçu Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşıdır.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki