ATƏT Xarici İşlər Nazirləri Şurası Minsk prosesinin və əlaqədar strukturların fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib.
Doğru.az xəbər verir ki, press-relizdə bildirilib: “ATƏT-in Minsk prosesinin fəaliyyəti sentyabrın 1-dən dayandırılacaq”.
ATƏT Katibliyinə tapşırılıb ki, 2025-ci il dekabrın 1-dən gec olmayaraq inzibati və texniki məsələləri həll etsin.
Qərara əsasən, başa çatmış Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində əvvəllər qəbul edilmiş bütün qərarlar etibarsız sayılır.
Bundan əlavə, ATƏT-in bütün iştirakçı dövlətləri Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradılmış strukturların münaqişənin başa çatmasından sonra aktuallığını itirdiyini etiraf ediblər.
DOĞRU.AZ