image-nerjbanner
image-ads_atlas
image-1437584001_avtorunokbackend

Azərbaycanda 19 nəqliyyat vasitəsi özəlləşdirilib

image-nerjbanner

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb.

Doğru.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.

Hərraca çıxarılan “Hyundai Getz” markalı avtomobilin start qiyməti 1 275 manat olsa da, son təklif 7 800 manata yüksəlib. İlkin qiyməti 6 750 manat olan “Mercedes-Benz Vito” avtomobili isə 9 500 manata özəlləşdirilib.

Satılan əmlaklar üzrə dövlət büdcəsinə 91 075 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, cari ay üzrə növbəti hərraclar 20 və 27 fevral tarixlərində keçiriləcək. Hərraclara 117 nəqliyyat vasitəsi, dörd səhmdar cəmiyyətinin səhm paketi və bir kiçik dövlət müəssisəsi çıxarılacaq.

DOĞRU.AZ

image-ads_atlas320_100

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki