image-2000x150px
image-123
image-ads_atlas
image-muellim_imtahanibackend

Azərbaycanda ali təhsil alan qadınların SAYI

image-728x90px

Ötən tədris ilində Azərbaycanın dövlət və qeyri-dövlət universitetlərində 111 min 583 qadın təhsil alıb.

Doğru.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2023” məcmuəsində əks olunub.

Məcmuədə bildirilir ki, 2021-2022-ci tədris ilində bu göstərici 104 min 678, 2015-ci ildə 78 min 662 olub. 2010-cu ildə isə 65 min 112 qadın ali təhsil ala bilib.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində təhsil alan qadınlardan 96 min 74-ü dövlət, 15 min 509-u isə özəl müəssisələrin payına düşür.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki