image-2000x150px
image-123
image-ads_atlas
image-1548224397_1548221884_1537255969kresbackend

Azərbaycanda bu yüksək vəzifələr BOŞDUR – SİYAHI

image-728x90px

Azərbaycanda bir sıra yüksək vəzifələr var ki, onlar bu və ya digər səbəbdən boşdur.

Boş olan yüksək dövlət vəzifələrindən biri Gənclər və İdman naziri vəzifəsidir. On beş il nazir olan Azad Rəhimov vəfat etdiyindən həmin kürsü boş qalıb və hələlik təyinat olmayıb.

Ölkədə səhiyyə naziri postu da boşdur. Prezident İlham Əliyevin sərəncamı ilə aprelin 23-də bu nazirliyə 16 il rəhbərlik edən Oqtay Şirəliyev tutduğu vəzifədən azad edilib. Yeni nazir təyinatı olmasa da, səlahiyyətlərin müvəqqəti icrası birinci müavin Teymur Musayevə tapşırılıb.

Artıq 3 aydan yuxarıdır ki, “Azərkosmos” ASC-nin sədri vəzifəsi də öz sahibini gözləyir. Bu ilin yanvarın 26-da “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev tutduğu vəzifədən azad edilərək Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri təyin olunub.

Daha bir yüksək vəzifə isə “Azərsu” ASC-də boşdur. Belə ki, mayın 4-də “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov Prezident İlham Əliyevin sərəncamı ilə işdən azad edilib. Bu vəzifəyə isə yeni təyinat olmayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Nizami, Lerik, Kürdəmir, Cəlilabad və Şəmkir rayon icra hakimiyyətləri başçılarının yerinə təyinat yoxdur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki