image-ads_n1karobka_mobile
image-fotojet-1-1backend

Azərbaycanda dörd aydır atası tərəfindən qaçırılan azyaşlı tapıldı

image-add-a-heading

Azərbaycanda dörd aydır atası tərəfindən qaçırılaraq gizlədilən uşaq anasına qaytarılıb.

Bu barədə Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində məlumat verilib.

Belə ki, dörd aydır axtarışda olan Bəhruz Cabbarovun yeri Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən müəyyən edilib.

Azyaşlı isə anasına qaytarılıb.

Qeyd edək ki, atanın spirtli içki və narkotik maddə istifadə etdiyi iddia olunur. Boşanma zamanı məhkəmə altı yaşlı Vəliyəddin Cabbarovun himayəsini anasına verib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki