image-n1karobka_ads
image-123
image-1731930876-424118537_0_0_3071_1728_1920x0_80_0_0_72f34aa13a982950cc4c0c72ba3a287abackend

Azərbaycanda əhalinin sayı artıb

image-ad_qayo_720x110px

Ölkə əhalisinin sayı ilin əvvəlindən 33671 nəfər və ya 0.3 faiz artaraq 2024-cü il oktyabr ayının 1-i vəziyyətinə 10 214 441 nəfərə çatıb.

Doğru.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əhalinin ümumi sayının 54.5 faizini şəhər, 45.5 faizini kənd sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir. Bu ilin oktyabr ayının əvvəlinə əhalinin 4.6 faizi Naxçıvan Muxtar Respublikasında, 23.0 faizi Bakı şəhərində, 9.2 faizi Lənkəran-Astara, 8.6 faizi Abşeron-Xızı, 7.3 faizi Qarabağ, 7.1 faizi Mərkəzi Aran, 6.7 faizi Qazax-Tovuz, 6.1 faizi Şəki-Zaqatala, 5.9 faizi Gəncə-Daşkəsən, 5.4 faizi Quba-Xaçmaz, 5.2 faizi Mil-Muğan, 4.9 faizi Şirvan-Salyan, 3.1 faizi Dağlıq Şirvan və 2.9 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki