image-2000x150px
image-123
image-ads_atlas
image-1412066backend

Azərbaycanda evli qadının subay oğlanla meyiti tapıldı – TƏFƏRRÜAT

image-728x90px

Xəbər verdiyimiz kimi, Sumqayıtda qarajda iki nəfərin meyiti tapılıb . Həmin şəxslərlə bağlı bəzi faktlar məlum olub.

Doğru.az lent.az-a istinadən xəbər verir ki, meyiti tapılan şəxslər ailəvi dost olublar. Bununla yanaşı oğlan subay, qız isə evli olub.

İlkin ehtimala görə, onlar dəm qazından boğulublar. Belə ki, Vahid Məmmədov avtomobili qaraja saldıqdan sonra qapıları arxadan bağlayıb. Avtomobilin kondisioneri isə işlək vəziyyətdə olub. Ehtimal edilir ki, avtomobildən ixrac olunan dəm qazı kondisioner vasitəsi ilə maşına dolub və nəticədə hər iki şəxs boğularaq ölüb.

Avtomobilə baxış keçirilərkən kondisioner işlək vəziyyətdə olub, lakin yanacaq bitdiyi üçün maşın sönüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki