image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-04-03t102653-409backend

Azərbaycanda hərbçilər avtomobil qəzasında həlak oldular – YENİLƏNİB + FOTO

image-728x90px

Aprelin 2-də saat 21:00 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində F.İbrahimli idarə etdiyi VAZ-2107 markalı avtomobili divara vurub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı   açıqlamasında bildirib ki, faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır:

“Avtomobildəki sərnişin E.Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada dünyasını dəyişib”.

Məlumata görə, hər iki şəxs hərbçi olub.

10:44

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Tovuz rayon Düz Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Məmmədov Emin Nizami oğlu qəza nəticəsində dünyasını dəyişib.

E.Məmmədov Azərbaycan Ordusunun hərbi qulluqçusu olub.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki