image-2000x150px
image-fotojet-6backend

Azərbaycanda musiqiçi ağır qəzaya düşdü – FOTO/VİDEO

image-728x90px

Tanınmış klarnet ifaçısı Rafael Dağlı (Bayramov) qəzaya düşüb.

Hadisə bir neçə gün öncə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, musiqiçi idarə etdiyi “Range Rover” markalı avtomobillə idarəetməni itirərək maşını yol kənarına aşırıb.

Məsələ ilə bağlı saytımıza danışan klarnetçi bildirib ki, Şabrana nənəsinin yas mərasiminə gedirmiş:

“Gecə saatları idi. Anidən dumana düşdüm, yolu görə bilmədim. Sən demə, orada döngə var imiş. Sürətim elə də çox deyildi. Həm duman, həm gecə vaxtı olması səbəbindən yolu görə bilmədim. İdarəetməni itirdim və maşın yoldan çıxaraq bir neçə dəfə çevrildi.

Avtomobildə iki nəfər idik. Yanımdakı şəxsə heç nə olmadı. Özüm isə xəsarətlər aldım, qolum sındı. Xəstəxanada əməliyyat olundum. Əməliyyat 5 saata yaxın davam edib. Hazırda evdəyəm, müalicəm davam edir, səhhətim yaxşıdır”.

DOĞRU.AZ

 

Bizimlə əlaqə saxlayın

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki