image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniyabackend

Azərbaycanda polis faciəvi şəkildə öldü

image-728x90px

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı   DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəşad Məhərrəmov sürücüsü olduğu “Opel” markalı avtomobilə idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb, sərnişin – Goranboy Rayon Polis Şöbəsinə əməkdaşı, polis baş serjantı, 1996-cı il təvəllüdlü Yusif İbrahimli isə ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki