image-n1karobka_ads
image-123
Azərbaycanda sosial sığorta kartların ləğv olunması gözlənilirbackend

Azərbaycanda sosial sığorta kartların ləğv olunması gözlənilir

image-ad_qayo_720x110px

Doğru.az xəbər verir ki, “Azərbaycanda sosial sığorta kartların ləğv olunması planlaşdırılır”.Bu sözü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid – 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransda diqqətə çatdırıb.

Qurum rəsmisinin sözlərinə görə, “Kartların ləğvi üçün 30-a qədər normativ hüquqi aktda dəyişiklik edilməsi zəruridir. Qanunvericiliklə bağlı son mərhələ qəbul olunandan sonra sosial sığorta kartlar dövriyyədən çıxarılacaq. Şəxsiyyət vəsiqəsinin üzərindəki FİN nömrələr sosial sığorta kartların nömrələri ilə artıq uyğunlaşdırılıb.

Dövlət sığorta kartlarının nömrəsi yenə qalacaq, amma karta ehtiyac qalmayacaq”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki