image-n1karobka_ads
image-123
image-64bb6d374d4a664bb6d374d4a7169000479164bb6d374d4a164bb6d374d4a4backend

Azərbaycanda vəzifəli şəxsi qorxudub bir milyon manat tələb etdilər

image-ad_qayo_720x110px

Nazirlər Kabinetinin işçisi Hikmət Xəlilovdan külli miqdarda pul tələb olunub.

APA xəbər verir ki, Vahid Əlisəfa oğlu Xələfov Hikmət Xəlilovdan xüsusi külli miqdarda pul tələb etdiyi üçün barəsində Cinayət Məcəlləsinin 182.4-cü və 322-ci maddəsi ilə ittiham irəli sürülüb.

Vahid Xələfov barəsində cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

İş üzrə zərərçəkən şəxs qismində tanınan Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiridir. Cinayət işi üzrə tələb olunan pulun bir milyon manatdan çox olduğu bildirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki