image-n1karobka_ads
image-123
image-baki_hava_isti_yay_turist_bulvarbackend

Azərbaycandan turist axını 26 faiz artıb

image-ad_qayo_720x110px

2023-cü ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci illə müqayisədə 25,5% artaraq 1 milyon 868 min 700 nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, son 1 ildə Rusiyaya gedənlərin sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,8%, Türkiyəyə gedənlərin sayı 24,3% artıb, İrana gedənlərin sayı 27,7% azalıb.

Ölkə vətəndaşlarının 43,6%-i Türkiyəyə, 21,5%-i Rusiyaya, 9%-i Gürcüstana, 7,6%-i İrana, 18,3%-i digər ölkələrə səfər edib. Gedənlərin 64,9%-ni kişilər, 35,1%-ni qadınlar təşkil edib.

Azərbaycan vətəndaşlarının 67,5%-i hava, 30%-i dəmir yolu və avtomobil, 2,5%-i isə dəniz nəqliyyatından istifadə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki