image-2000x150px
image-123
image-ads_atlas
Azərbaycanı dünya çempionatında təmsil edəcək idmançılar bilindibackend

Azərbaycanı dünya çempionatında təmsil edəcək idmançılar bilindi

image-728x90px

İsveçin paytaxtı Stokholmda keçiriləcək fiqurlu konkisürmə üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Doğru.az xəbər verir ki, Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezdenti Fuad Quliyevin “Report”a verdiyi məlumata görə, yarışa 4 fiqurlu konkisürən yollanacaq.

Kişilərin yarışında Vladimir Litvintsev, qadınlarda isə Yekaterina Ryabova qüvvəsini sınayacaq. Yekaterina Kuznetsova və Aleksandr Kolosovski isə qoşa yarışlarda mübarizə aparacaq.

Sonuncular Ukraynanın Odessa şəhərində başa çatan beynəlxalq turnirdə uğurlu nəticə əldə etdikləri üçün dünya çempionatına vəsiqə qazanıblar.

Qeyd edək ki, dünya çempionatı 21 – 28 martda gerçəkləşəcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki