image-2000x150px
image-123
image-ads_atlas
image-192963734_381761419902992_4782823431217580601_nbackend

Azərbaycanın daha iki idmançısına yüksək rütbə verildi

image-728x90px

Azərbaycanlı idmançıların hərbi rütbələri artırılıb.

“Doğru.az”-ın xəbərinə görə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən cüdoçu Rüstəm Orucov və karateçi Fəridə Abıyevanın rütbələri artırılıb.

Rüstəm Orucova baş leytenant, Fəridə Abıyevaya isə kapitan rütbəsi verilib.

Onların hər ikisinə Sərhədçi İdman Olimpiya Mərkəzinin rəisi polkovnik Elşən Mirzəyev və Mərkəz rəisinin müavini, İdman bölməsinin rəisi polkovnik-leytenant Firdovsi Umudov tərəfindən rütbələr təqdim olunub.

Qeyd edək ki, mayın 24-də digər cüdoçumuz Nicat Şıxəlizadəyə DSX-nın mayor rütbəsi verilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki