image-n1karobka_ads
image-123
image-d6ee1413-ca74-35bf-b7b2-75a5983b520c_850backend

Azərbaycanın Dəniz Xüsusi Təyinatlılarının strukturunda dəyişiklik edilib

image-ad_qayo_720x110px

“Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Dəniz Xüsusi Təyinatlılarının strukturunda dəyişiklik edilib və Türkiyə modelinə uyğunlaşdırılıb”.

“Report” xəbər verir ki, bunu Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov bildirib.

Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunda Türkiyə modelinin nümunə götürülməsi istiqamətində tapşırığı üzrə Hərbi Dəniz Qüvvələrində də bir çox işlər görülüb:

“Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının göstərdiyi şücaət və qəhrəmanlığı bu hərbi hissənin vacibliyini bir daha isbat etdi və müdafiə nazirinin müvafiq sərəncamına əsasən hərbi hissənin təşkilati-ştat strukturunda bu günün tələblərinə müvafiq əsaslı dəyişikliklər edildi”.

Vitse-admiral deyib ki, şəxsi heyət müttəfiq və tərəfdaş ölkələr tərəfindən təşkil olunan müxtəlif ixtisas kurslarında, təlimlərdə daim iştirak edirlər:

“Bu gün hərbi dənizçilərimiz öz bilik və bacarıqlarını nəinki yerli təlimlərdə, həmçinin beynəlxalq təlim və tədbirlərdə sərgiləməklə yanaşı, yüksək peşəkarlıqla icra edirlər”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki