image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210907_182913_568backend

Azərbaycanın taekvondo yığmalarında baş məşqçi dəyişikliyi olub

image-728x90px

Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin növbəti toplantısıkeçirilib.

Doğru.az xəbər verir ki, federasiyadan verilən məlumata görə, toplantıda məşqçi müəllimlərin fəaliyyəti və Tokio-2020 Olimpiya Oyunlarında taekvondoçuların çıxışları müzakirə olunub. Verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub.

Kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandost, köməkçi məşqçi isə Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov, köməkçi isə məşqçi Rəşad Məmmədov təyin olunub.

Digər milli komandalarda, gənclərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, köməkçi məşqçi Zahid Məmmədov, yeniyetmələrdən ibarət milli komandanın baş məşçisi Elnur Amanov, köməkçi məşqçi Vurğun Cəfərov, 21-yaşlı gənc milli komandanın baş məşqçisi Ələkbər İmaməlivev, köməkçi məşqçi isə Vüqar Məcidovun təyinatı rəsmiləşib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki