image-n1karobka_ads
image-123
image-17444619785023027759_1200x630backend

Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər

image-ad_qayo_720x110px

Aprelin 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Doğru.az-a bildirilib ki, görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət, humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi baxımından ali və yüksəksəviyyəli səfərlərin, qarşılıqlı təmasların əhəmiyyəti vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən üçtərəfli, dördtərəfli formatlar çərçivəsində əməkdaşlığın faydalı olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki