image-n1karobka_ads
image-123
image-17375571732655035805_1200x630backend

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

image-ad_qayo_720x110px

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 22-də Türkiyənin xarici işlər naziri Hakan Fidana zəng vurub.

Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Ceyhun Bayramov Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğın ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbir, yaralılara şəfa arzulayıb.

Azərbaycanın qardaş Türkiyə ilə bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib. Ölkəmizin istənilən yardıma hazır olduğu diqqətə çatdırılıb.

Nazir Hakan Fidan başsağlığına, bu ağır gündə göstərilən dəstəyə görə təşəkkür edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki